BAKI, 26 avqust — Sputnik. "Samsung Electronics" şirkətinin vitse-prezidenti Li Dje Yon 5 il müddətinə azadlıqdan məhrum edilib. Sputnik Azərbaycan bu barədə "Hürriyet"-ə istinadən xəbər verir.
Li Dje Yon rüşvətxorluqda və qanunsuz qazanc əldə etməkdə təqsirləndirilir. Şirkət həmçinin, Cənubi Koreya prezidentinin rəfiqəsinə qeyri-qanuni 6 milyon dollar pul verməkdə də günahlandırılır.
Koreyalı müstəntiqlərin iddiasına görə, şirkət rəhbəri Yon, ölkədəki iki QHT-nin fonduna külli miqdarda pul köçürərək öz mövqeyini möhkəmlətməyə çalışıb. İstintaqın detalları barədə yaxın günlərdə ətraflı açıqlama veriləcək.