CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vergilər Nazirliyi işçi axtarır

© Sputnik / Murad OrujovЗдание Министерства налогов Азербайджанской Республики
Здание Министерства налогов Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib

BAKI, 26 avgust — Sputnik. Azərbaycan Respublikasının Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət vergi orqanlarına xidmətə qəbul "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin, "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları"nın tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqədə iştiraka yalnız aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar:

1. Hüquqşünaslıq;

2. Beynəlxalq hüquq;

3. Maliyyə;

4. İqtisadiyyat;

5. Statistika;

6. Beynəlxalq iqtisadi münasibətlər;

7. Mühasibat uçotu və audit;

8. Maliyyə və kredit;

9. İqtisadiyyatın tənzimlənməsi;

10. Əməyin iqtisadiyyatı və sosiologiyası;

11. İqtisadi kibernetika;

12. Qiymət və qiymətin əmələ gəlməsi;

13. Xəzinə əməliyyatlarının uçotu;

14. İqtisadi nəzəriyyə;

15. Vergilər və vergitutma;

16. Sığorta işinin təşkili;

17. Milli hesablar sistemi;

18. Qiymətləndirmə (sahələr üzrə);

19. Qiymətli kağızlar;

20. İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (sahələr üzrə);

21. Aqrar istehsalatın iqtisadiyyatı və idarəedilməsi;

22. Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarəedilməsi;

23. Gömrük işinin təşkili;

24. İqtisadiyyatın hüquqi tənzimlənməsi;

25. Vergi işinin təşkili və idarə edilməsi;

26. Tətbiqi riyaziyyat;

27. İnformatika;

28. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi;

29. Maliyyə nəzarəti və audit.

Müsabiqənin şərtləri barədə daha ətraflı VN-in rəsmi saytında məlumat əldə edə bilərsiniz.

Xəbər lenti
0