BAKI, 26 avqust — Sputnik. Bu gün səhər Şəki rayonu, Böyük Dəhnə kəndində ümumi sahəsi 140 m² olan tövlənin çardağının yanar konstruksiyaları və tövlənin içərisinə yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tarixi bölgəmizdə yanğın həyəcanı
12:57 26.08.2017 (Yenilənib: 21:12 16.11.2021)
© Sputnik / Rahim MuradovLənkəranda yanğın olub
![Lənkəranda yanğın olub Lənkəranda yanğın olub - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/40934/13/409341398_5:0:1500:844_600x0_80_0_0_d377c9802663e810c838e7647c00721c.jpg)
© Sputnik / Rahim Muradov
Abunə olmaq
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub