Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, 2007-ci ildən Azərbaycanın orta təhsil müəssisələrində təlim kurikulumlar əsasında aparılır: “Bu təlimin yeni məzmunu, təlimdə innovativ metod və üsulların tətbiqi deməkdir. Bu məzmunun nəticəsi olaraq təkcə şagirdin biliyinin deyil, həmçinin bacarıq və vərdişlərinin də qiymətləndirilməsindən söhbət gedir. Bu zərurətlərə əsasən Dövlət İmtahan Mərkəzi yeniliklərə imza atmağa hazırlaşır”.
“Bu yeniliklərin iki il sonra tətbiq edilməsinə zərurət yaranıb. Şagirdlər orta məktəbi fərqi proqram və üsullarla bitirdiyindən, ona görə də qiymətləndirmədə bilik və bacarıqlar da nəzərə alınacaqdır. Bunun qəbul imtahanlarında da nəzərə alınması lazımdır. Bu yeniliklərin faydası o olacaq ki, obyektiv və hərtərəfli qiymətləndirmə olacaq” – deyə o bildirib.