BAKI, 26 avqust — Sputnik. Ayova Universitetinin (ABŞ) alimləri aşkar ediblər ki, hətta bir neçə dəqiqə ərzində çöldə gəzmək insanın əhvalını yaxşılaşdırır. Saglamolun.az "The Daily Mail" istinadən xəbər verir ki, alimlər tələbələrin iştirakı ilə 3 eksperiment təşkil ediblər.
Eksperimentin birində tələbələrin bir qrupu 12 dəqiqə ərzində universitet şəhərçiyində gəzib, digər qrup isə foto və ya videoya baxıbı. Alimlər aşkar ediblər ki, birinci qrup tələbələrin əhvalı daha yaxşı olub.
2-ci eksperiment zamanı tələbələrə gəzməkdən əvvəl elan ediblər ki, onlar qayıtdıqdan sonra 2 səhifədən ibarət esse yazmalıdırlar. Lakin gəzməyin müsbət effekti bu halda da saxlanılıb.
3-cü eksperiment zamanı tələbələr videoya baxıblar. Bu zaman tələbələrin 1-ci qrupu otururdu, 2-ci qrupu ayaq üstə dururdu, 3-cü qrupu isə gəzişirdi. Eksperimentin sonunda məlum olub ki, 3-cü qrup tələbələrin əhvalı daha yaxşı idi.
Beləliklə, əhvalınız pisdirsə, stres vəziyyətinə düşmüsünüzsə, gəzməyə çıxın. Bu, sizə kömək edəcək.