ABŞ-da fövqəladə vəziyyət elan edildi

© REUTERS / NASA/Handout via REUTERSУраган Харви , США, с борта Международной космической станции
Ураган Харви , США, с борта Международной космической станции - Sputnik Azərbaycan
Abunə olmaq
Qasırğanın sürətinin saatda 210 kilometrə çatacağı proqnozlaşdırılır

BAKI, 26 avqust — Sputnik. Meksika körfəzi üzərindən gələn və ABŞ-da dəhşətli nəticələrə səbəb olan "Harvey" qasırğası getdikcə şiddətlənir. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, qasırğanın sürətinin saatda 210 kilometrə çatacağı proqnozlaşdırılır.

Bölgədə qasırğaya qarşı hazırlıqlar davam edir, əhali qida və su ehtiyatı görür. Texas və Luiziana ştatlarında fövqəladə vəziyyət elan edilib. Bir sıra şəhərlərin limanları bağlanıb.

İndidən Hyuston şəhərində (Texas ştatı) 31 min nəfər işıqsız qalıb. "Harvey" qasırğasına görə uçuşlar da ləğv edilib. Texas ştatının qubernatoru Greg Abbott ABŞ prezidenti Donald Trampa yazdığı məktubda, qasırğanın təsirli olacağı yerləri təbii fəlakət zonası elan etməsini tələb edib.

Xəbər lenti
0