Rusları Türkiyə otellərindən çıxarmağa başladılar

Abunə olmaq
“Ted Travel” bron etdiyi mehmanxanalara vəsait ödəmədiyindən, mehmanxanalardan rus turistlərin çıxarılmasına başlanılıb

BAKI, 25 avqust — Sputnik. Antaliyada “Ted Travel” turoperatorunun müştərilərini mehmanxanalardan çıxarmağa başlayıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiyanın Türkiyədəki səfirliyi “Facebook”dakı səhifəsindən bildirib.

Diplomatik nümayəndəlik xəbər verir ki, turistlərin çıxarılmasına avqustun 25-də başlanılıb. Bununla bağlı Rusiyanın Ankaradakı səfirliyinə və Antaliyadakı konsulluğuna onlarla şikayət daxil olub.

Hazırda “Rosturizm”, “Turpomoş” assosiasiyası və digər təşkilatlar yaranmış situasiyadan çıxış yolları axtarırlar. Eyni zamanda, ağır vəziyyətə düşən turistlərin evakuasiyası məsələsi müzakirə olunur.

Rusiya turoperatorları Assosiasiyası isə “Ted Travel” müştərilərinin mehmanxanalardan avqustun 24-dən çıxarılmağa başlandığını bildirib. Buna, şirkətin bankrot olmasına görə fəaliyyətini dayandırması səbəb olub. “Ted Travel” bron etdiyi mehmanxanalara vəsait ödəmədiyindən, mehmanxanalardan rus turistlərin çıxarılmasına başlanılıb.

Xəbər lenti
0