Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Qanuni oğru"lar bir-birilərinin qanını tökdülər

© Sputnik / Rahim MuradovRövşən Lənkəranskinin məzarı
Rövşən Lənkəranskinin məzarı - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəranskini "o dünyaya göndərən" Rəşad güllələnib

BAKI, 25 avqust — Sputnik. Ötən gün tanınmamış "Abxaziya Respublikası"nın Qudaute şəhərində kriminal mübahisə nəticəsində, abxaz Nika Qaqrinski və azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Rəşad Gəncinski" kimi tanınan Rəşad İsmayılov güllələnib. AzVision.az "Praym Kraym"-a istinadən xəbər verir ki, hadisə, "Pıza" ləqəbli avtoritet Raul Barçboy başda olmaqla, Qudauteli "qanuni oğru"larla mübahisə zamanı baş verib.

Şeyx Həmzət Rövşən Lənkəranskinin məzarını ziyarət etdi - Sputnik Azərbaycan
VİDEO
Məşhur "avtoritet" Şeyx Həmzət Rövşən Lənkəranskinin qəbri üstündə: "Bu böyük itkidir"

Nəşrin məlumatına görə, Kuşnerin Abxaziya ərazisinə girmək cəhdləri boşa çıxdıqdan sonra, "Lotu Quli"nin göstərişi ilə Nikenin köməyinə Türkiyədən Roma Stavropolskiy və "Rəşad Gəncinski" gəlib. Hər iki "qanuni oğru"nun Rövşən Lənkəranskinin qətlə yetirilməsində əlinin olduğu ehtimal edilir.

"Qanuni oğru"lar arasında görüş əvvəlcədən planlaşdırılmayıb. Nikeyə onların yerini "Pıza"nın ətrafındakı şəxslərdən biri deyib. Qudauteli "qanuni oğru"lara qəflətən hücum edən Roma və Rəşad onları döyməyə başlayıb. Lakin "Pıza" özündə güc taparaq onlara hücum edən şəxsləri güllələyib.

Qeyd edək ki, Rövşən Lənkəranskinin qətlinin "Rəşad Gəncinski" tərəfindən şifariş edildiyi deyilir. Rəşad İsmayılov qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə "o biri dünyaya göndərdiklərini" deyib. "Rəşad Gənsinski" bildirib ki, Lənkəranskinin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı" kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

Xəbər lenti
0