Nazir Ərdoğana meydan oxudu: “Bu adam prezident olduğu müddətdə...”

© REUTERS / Sergei KarpukhinTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı. Sankt-Peterbuqr, 9 avqust 2016-cı il
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı. Sankt-Peterbuqr, 9 avqust 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə hökuməti PKK terror təşkilatının Almaniyadakı dərnəklərinə göstərdiyi qayğıya görə, rəsmi Berlinə dəfələrlə xəbərdarlıq edib

BAKI, 25 avqust — Sputnik. “Rəcəb Tayyib Ərdoğan prezident olduğu müddətdə Türkiyəni Avropa İttifaqına üzvlüyə qəbul etməyi düşünmürük”. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ZDF telekanalına müsahibəsində deyib.

Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Avropadan Ərdoğana hədə: İşimizə qarışsan...

"Ərdoğan Almaniyada yaşayan türklərlə bizim aramızı pozmaq istəyir. O, bunu qəsdən, bilərəkdən edir. Bu şərtlər altında Türkiyənin Avropa Birliyinə üzvlük ehtimalı sıfıra bərabərdir. Ərdoğanlı Türkiyə heç vaxt Avropa İttifaqına üzv olmaq barədə ciddi danışıqlar apara bilməz. O adam Türkiyəni Avropadan ayırır. Lakin elə təəssürat yaradır ki, guya ikitərəfli əlaqələri biz korlayırıq" – Alman nazir vurğulayıb.

Qeyd edək ki, rəsmi Ankara 15 iyul hərbi çevrilişə cəhddən sonra Almaniyaya sığınan hərbçilərin geri verilməsini tələb etsə də, Berlin rəhbərliyi buna qarşı çıxıb. Üstəlik, Türkiyə hökuməti PKK terror təşkilatının Almaniyadakı dərnəklərinə göstərdiyi qayğıya görə də, rəsmi Berlinə dəfələrlə xəbərdarlıq edib. Lakin alman hökuməti bu xəbərdarlıqların heç birinə məhəl qoymayıb.

Xəbər lenti
0