İsrail İrana xəbərdarlıq etdi

© AFP 2024 / JACK GUEZİsrailin müdafiə naziri Aviqdor Lieberman
İsrailin müdafiə naziri Aviqdor Lieberman - Sputnik Azərbaycan
Abunə olmaq
Liberman: "İran Suriya ərazisində hava və dəniz bazaları inşa etməyə çalışır"

BAKI, 25 avqust — Sputnik. İsrailin müdafiə naziri Aviqdor Lieberman rəsmi Tehrana sərt ismarıc göndərib. Sputnik Türkiyə xəbər verir ki, Liberman paytaxt Təl-Əvivdə hökümət təmsilçiləri ilə görüşdən sonra dövlət radiosuna açıqlamalar verib. O, İranın Yaxın Şərqdə güclənməsini kənardan izləməyəcəklərini bildirib.

"Dövlətimiz, İranın Suriya və Livanda yaratmağa çalışdığı yeni mühitə təslim olmayacaq. İran, özünün inqilab keşikçiləri vasitəsilə Suriya ərazisində hava və dəniz bazaları inşa etməyə çalışır. Üstəlik, döyüşçü şiələrin gücü ilə Livanda müasir silahlar istehsal etməyə can atır. İsrail bu prosesə səssiz qalmayacaq" — Liberman qeyd edib.

Xəbər lenti
0