Döyüş təyyarələri yaşayış evlərini bombalayıb

© REUTERS / Khaled AbdullahSəudiyyə Ərəbistanının Sanaa şəhərində baş vermiş hava hücumundan sonra, insanlar dağıntılar arasında yaxınlarını axtarır
Səudiyyə Ərəbistanının Sanaa şəhərində baş vermiş hava hücumundan sonra, insanlar dağıntılar arasında yaxınlarını axtarır - Sputnik Azərbaycan
Abunə olmaq
Hücum zamanı 14 nəfər həyatını itirib, çox sayda insan dağıntılar altında qalıb

BAKI, 25 avqust — Sputnik. Yəməndə Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri vətəndaşların yaşadıqları evləri bombalayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hücum zamanı 14 nəfər həyatını itirib, çox sayda insan dağıntılar altında qalıb. Ölənlər arasında azyaşlı uşaqlar da var.

Yerli qaynaqların verdiyi məlumata görə, təyyarələr Səna şəhərinin Fəc Atan bölgəsində 4 fərqli nöqtəni vurub. Əl-Məsira telekanalından bildirilib ki, gecə həyata keçirilən hücumdan sonra dağıntılar altında vətəndaşlar qalıb.

Xəbər lenti
0