Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Banklar problemli kreditləri silmək məcburiyyəti ilə üz-üzə

© acredo.rukredit
kredit - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər bankların xalis gəlirinin azalmasını mənfi tendensiya kimi qiymətləndirirlər

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. 2017-ci il iyulun 1-nə bank sektorunun xalis mənfəəti 84,9 mln. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata əsasən, may ayı ilə müqayisədə iyunda bank sektorunun mənfəəti 93,3 mln. manat və ya 52,4% azalıb. Bu ilin altı ayında bankların faiz gəlirləri 1 mlrd. 7,3 mln. manat, faiz xərcləri isə 482,7 mln. manat olub.

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Qeyd edək ki, hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 408,9 mln. manat vəsait ayrılıb.

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumən hazırda bankların əksəriyyətinin zərərlə işləməsinin səbəbi aydındır: "Yəni, onlar verdikləri kreditləri toplaya bilmirlər, problemli kreditləri çoxdur. Digər tərəfdən, əmanətçilər əmanətləri çıxardıblar, yəni, pul kütləsi banklarda azalıb. Və banklar verdikləri kreditlərin də əksəriyyətini yığa bilmir və onlar ümidsizdir. Buna görə də onlar o kreditləri silməyə məcbur olurlar. Banklar çoxlu ehtiyat yaratmağa məcburdur".

Onun sözlərinə görə, əslində bankların gəlirləri daha da az olmalı idi: "Bilirik ki, Mərkəzi Bank depozit hərracları keçirir və bankların sərbəst vəsaitini depozit kimi qəbul edir, onlara faiz ödəyir. Yəni, bankların hələ bir qisim gəlirləri Mərkəzi Bankın hesabınadır. Çünki bankların gəlir əldə etməsi üçün onlar kredit verməlidir. Bu gün banklar kredit verə bilmir, çünki onların şərtlərinə uyğun borcalan tapa bilmirlər. Hazırda sahibkarlıqda durğunluq, problemlər var, risklər artıb".

Ekspertin fikrincə, bundan başqa, Mərkəzi Bank, vəsaiti yetərli olmayan banklara kredit vermir: "Yəni, hazırda əmanətçilər banklardan pulları çıxardırlar, bankların pulu azalır və onlara pul lazımdır. Mərkəzi Bank da banklara kredit vermir ki, onlar verilən krediti kiməsə versinlər. Müxtəlif banklarda müxtəlif problemlər var".

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

"Təəssüf ki, hələlik real vəziyyətin ən azı yaxın aylarda, yəni, bu ilin sonuna dəyişəcəyini gözləmirəm. Böyük ehtimalla, get-gedə bankların ümumi gəliri daha da azalacaq" – deyə Ə. Həsənov bildirib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, manatın sabitləşməsi fonunda son dövrlərdə Mərkəzi Bankın keçirdiyi depozit hərraclarında artıq faiz dərəcəsi aşağı düşməyə başlayıb: "Bir neçə ay bundan əvvəl hətta gəlirlilik imkanları 15 faizə qədər yüksəlmişdi. Amma sonradan müəyyən qədər tələbin artması nəticəsində Mərkəzi Bankın keçirdiyi depozit hərraclarında bu faiz norması 12 faizə qədər azalıb".

"Bu azalma son illərdə, xüsusilə, 2016-cı ilin 2-ci yarısından sonra bank sektorunun əsas gəlir mənbəyi sayılan Mərkəzi Bankda depozit yerləşmə istiqamətindən daxil olan gəlirlərinə mənfi təsir göstərir" — iqtisadçı əlavə edib.

R. Həsənovun fikrincə, digər tərəfdən, müəyyən xərclər olur ki, bu xərclər dövri olaraq ötən aya təsadüf edib: "Bu xərclərin ödənişi son nəticədə bankların həmin ay üçün xalis mənfəətinə öz mənfi təsirini göstərə bilər. Amma ümumiyyətlə, bankların bu gün müəyyən qədər xalis mənfəət əldə etməsi müsbət hal kimi qiymətləndirilməlidir".

Xəbər lenti
0