ELM

Bakalavrların qeydiyyat müddəti uzadılıb

© Sputnik / Rahim MuradovMasallıda V ixtisas qrupuna sənəd verən abituriyentlər üçün imtahan keçirilib
Masallıda V ixtisas qrupuna sənəd verən abituriyentlər üçün imtahan keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb

BAKI, 25 avqust — Sputnik. Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı avqustun 28-dək uzadılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar 28 avqust saat 17:00 dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qəbul olanlar tələb olunan sənədlərin siyahısını ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.

Xəbər lenti
0