CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda köklü dəyişiklik qərarı: hər kəs istədiyi kimi yaşaya biləcək

© Sputnik / Anar MustafayevАвтобус в Баку, фото из архива
Автобус в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sensor işıqforları, panduslar və digər xüsusi avadanlıqlar quraşdırılacaq, səkilərin hündürlüyü dəyişdiriləcək

BAKI, 25 avqust — Sputnik. Nəhayət, paytaxt rəhbərliyi əlilliyi olan insanların şəhərdə hərəkəti məsələsini həll etmək niyyətindədir. Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayevin Sputnik Azərbaycan-a dediyinə görə, əlilliyi olan insanlar üçün Bakının beş rayonunda sensor işıqforları, panduslar və digər xüsusi avadanlıqlar quraşdırılacaq, səkilərin hündürlüyü dəyişdiriləcək.

© Sputnik / Murad OrujovBakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev - Sputnik Azərbaycan
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev

BNA bütün bu yenilikləri yaxın zamanlarda gerçəkləşdirməyi düşünür. Ağayevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev agentlik təsisi edildiyi zaman, şəhər nəqliyyat infrastrukturunun qaydaya salınmasını tapşırıb. Bu məqsədlə BNA-nin yol hərəkətinin təşkili şöbəsi paytaxt yollarının əlilliyi olan insanların hərəkəti üçün nə dərəcədə yararlı olduğunu aydınlaşdırmaq məqsədilə şəhər yollarının vəziyyətini araşdırıb.

"Nəticədə, əlil arabasında olan şəxslər üçün şəhərdə sərbəst hərəkət etmək çətin olduğu müəyyənləşib. Bunu siz özünüz də görə bilərsiniz" – deyə agentliyin nümayəndəsi bildirib.

Şəhər küçələrində pandusların demək olar ki, olmadığını təsdiqləyən M.Ağayev, eyni zamanda, bunu bir an içində dəyişməyin mümkünsüz olduğunu söyləyib. İlkin mərhələdə yolların yenidənqurulması Bakının beş rayonunu əhatə edəcək. Şəhər prospektlərinin və yollarının gələcəkdə necə olacağını Yasamal rayonunun yenilənmiş "Sovetski" adlanan məhəlləsinin timsalında görmək olar.

Layihəyə əsasən, şəhərdə səkilərin, hündürlüyü və eni eyni olacaq, işıqforların yanındakı piyada zolaqlarının əvəzinə bütün dünyada olduğu kimi, qısa perpendikulyar xətlər çəkiləcək, görmə qabiliyyəti zəif olan piyadalar üçün xüsusi yer yönləndiriciləri və "səsli" işıqforlar quraşdırılacaq. Ən ideal halda, artıq bir neçə ildən sonra əlilliyi olan insanlar şəhərin bir başından digər başına özləri çata biləcəklər.

Hətta yeraltı keçidlərdə xüsusi qaldırıcı qurğuların quraşdırılması nəzərdə tutulur. Hal-hazırda orada mövcud olan panduslar heç bir standartlara cavab vermir və əlil arabasında şəxslər digər insanların köməyi olmadan onlardan istifadə etmək iqtidarında deyillər. Yeraltı keçidlərin sərt (sıldırım) çıxışını nəinki əlilliyi olanlar, hətta uşaq arabalı qadınlar belə, qət edə bilmirlər.

Əslinə qalsa, əlilliyi olanların Bakıda hərəkəti problemi onilliklərlə var. Avropa şəhərlərindən fərqli olaraq, paytaxtımızda əlilliyi olan insanlar ömürlərini dörd divar arasında keçirməyə məhkumdurlar. Sərbəst olaraq hərəkət edə bilməyən bir adam, mənzili tərk etdikdən dərhal sonra pilləkən qarşısında çıxılmaz vəziyyətə düşür.

Старые автобусы в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda sərnişin avtobusdakıları tapança ilə hədələdi

Möcüzə baş verərsə və əlilliyi olan şəxs dayanacağa çatarsa, onu daha bir sınaq gözləyir – avtobusa necə minməli? Paytaxtda yalnız "BakuBus" avtobusları fiziki imkanları məhdud insanların minməsi üçün yararlıdır. Burada başqa bir problem də var: sürücülər bəzən nəqliyyatı səkilərdən xeyli aralı saxlayırlar və əlilliyi olanların avtobusa minməsi mümkün olmur.

Digər şəhər avtobuslarıni isə ümumiyyətlə utilizasiya etmək lazımdır. Bunu BNA-dan də söyləyirlər. Müəssisədə bu cür sınıq-salxaq avtobusların artıq 2018-ci ilə qədər, nəqliyyat vasitələrinin utilizasiya proqramı işə düşdüyü zaman yollardan yığışdırılacağına söz verirlər.

Avtobuslarla olduğu kimi, metronun da əlilliyi olan insanlar üçün olmadığı hamıya məlumdur. Hələ ötən əsrdə tikilən stansiyalarda lift deyilən şey yoxdur. Amma bu, təkcə həmin stansiyalara aid deyil. Bu, hətta 2000-ci ildən sonra təhvil verilən metro stansiyalarına da aiddir.

Lakin Mais Ağayevin dediklərinə görə, tezliklə Bakı şəhərinin mərkəzi, fiziki məhdudiyyətləri olan insanların sərbəst hərəkəti üçün uyğunlaşdırılacaq, daha sonra isə paytaxtın kənar rayonları da əlilliyi olan insanlar üçün rahat yollarla təmin ediləcək.

Xəbər lenti
0