BAKI, 24 avgust — Sputnik. Gürcüstan Hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikası onlara həvalə olunmuş Daba kəndi yaxınlığındakı yanğın ocaqlarını söndürüb.
Bu barədə Sputnik Azərbaycan-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Hazırda FHN-in bölgəyə cəlb edilmiş qüvvələri onlara həvalə edilən digər yanğın ocaqlarının söndürülməsi istiqamətində yanğınsöndürmə əməliyyatlarını həyata keçirirlər.
Qeyd edək ki, təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.