BAKI, 24 avqust — Sputnik. Ukraynanın müstəqilliyi günü münasibətilə paytaxt Kiyevdə keçirilən hərbi paradla eyni vaxtda Nazirlər Kabinetinin binası yaxınlığında partlayış baş verib. Sputnik xəbər verir ki, hadisə zamanı iki nəfər yaralanıb.
Polis partlayışla bağlı araşdırma aparır.
Qeyd edək ki, paradda Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis də iştirak edir.