Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkinin dağlarını alov bürüyüb, təhlükə kəndlərə yaxınlaşır

© Sputnik / Igor Ageyenko / Mediabanka keçidTarlada yanğın, arxiv şəkli
Tarlada yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Küləkli hava səbəbindən sürətlə artan alov yaxın ərazidəki kəndlər üçün təhlükə yaradıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Biçindən sonra taxıl zəmilərinin yandırılması Şəkidə hektarlarla ərazini külə çevirib. Yanğın ərazidəki kəndlərə qədər yaxınlaşıb. Küləkli hava səbəbindən sürətlə artan alov yaxın ərazidəki kəndlər üçün də təhlükə yaradıb. Yanğının qarşısını almaq üçün Qax rayonundan da kömək çağırılıb.

© Sputnik / Shahperi AbbasovaFermer Həmzət Abbasov
Fermer Həmzət Abbasov - Sputnik Azərbaycan
Fermer Həmzət Abbasov

Yerli fermer Həmzət Abbasovun Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, arpa və buğda sahələri biçildikdən sonra, yığılan küləşin yandırılması doğru deyil: "Ona görə ki, yanğın bitki örtüyünün, torpağın biohumusunu korlayır. Belə olan halda məhsuldarlıq aşağı düşür".

Yerli fermer onu da qeyd edib ki, yanğın həm də ekologiyaya mənfi təsir göstərir: "Belə ki, yanğın zamanı karbon ətrafa yayılır və bitkilərə zərər verir. İsti yay aylarında bu, çox təhlükəlidir. Məsələn, 10 hektar sahənin yandırılması 100 hektar sahənin də alovlanmasına səbəb ola bilər. Buna görə də belə halların yaranmasına imkan verilməməlidir".

Xəbər lenti
0