BAKI, 24 avqust — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən "Retro Bakı" layihəsinin növbəti konsertləri 25-26 avqust, saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu həftə "Retro Bakı"nın qonaqları tanınmış müğənnilər Rahidə Baxış və Yaşar Yusub olacaqlar. Bakı sakinləri və qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gözləyir.