BAKI, 24 avqust — Sputnik. Qətərlə İran arasında 2016-cı ildə soyuyan əlaqələr isinməyə başlayıb. Sputnik Azərbaycan "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Qətər geri çağırdığı səfirini yenidən Tehrana göndərəcək.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib. "Qətər bütün sahələrdə İranla ikitərəfli münasibətlərin möhkəmləndirilməsində maraqlıdır" — XİN-in bəyanatında qeyd olunub.
Xatırladaq ki, 2016-cı ilin yanvarında, Tehranda və Məşhəddə Səudiyyə Ərəbistanının konsulluqlarına edilən hücumdan sonra Qətər bu ölkədəki səfirini geri çağırmışdı.