Ulduz futbolçu 3 aylıq həbs edildi

© AP Photo / Matt DunhamRoberto Karlos, arxiv şəkli
Roberto Karlos, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Roberto Karlosun üçü ilk nikahından, ikisi hazırki həyat yoldaşı Mariana Lukondan, dördü də nikahdan kənar olmaqla 9 övladı var

BAKI, 24 avqust — Sputnik. Braziliya millisinin, “Real” Madridin və "Fənərbağça"nın keçmiş futbolçusu Roberto Karlosa 3 aylıq həbs cəzası verilib. Sputnik xəbər verir ki, buna səbəb onun sonuncu həyat yoldaşı ilə olan nikahından dünyaya gələn uşağa aliment verməməsidir.

Karlosun keçmiş arvadı bildirib ki, futbolçu 20 min dollar aliment ödəmək istəyib, ancaq məbləğin az olması səbəbindən buna özü razı olmayıb. Nəticədə o, Karlosu məhkəməyə verib.

Məhkəmə Karlosun illik qazancını əsas götürərək, qadının haqlı olduğuna qərar verib. Keçmiş futbolçu hakimin qərarı ilə 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Karlosun üçü ilk nikahından, ikisi hazırki həyat yoldaşı Mariana Lukondan, dördü də nikahdan kənar olmaqla 9 övladı var.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала