Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “İrana sanksiyaların tətbiqi bölgəyə təsirsiz ötüşməyəcək”

© Photo : AzVision.azSədrəddin Soltan, siyasi ekspert
Sədrəddin Soltan, siyasi ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, Salehinin açıqlaması 2 il öncə verilmiş bəyanatın davamıdır

Sədrəddin Soltan: “Qərb Azərbaycan və Türkiyəyə təzyiq göstərə bilər”
İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi deyib ki, İran 20 faiz zənginləşdirilmiş uranın istehsalını uzağı 5 günə bərpa edə bilər. Əli Əkbər Salehinin açıqlamasını şərh edən Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, hələ ətraflı razılaşma imzalanmadan öncə və sonra hər iki tərəf bəyan etmişdi ki,  tərəflərdən biri razılaşmanı pozarsa əvvəlki varianta qayıdılacaq:  

“Yəni İrana qarşı beynəlxalq vasitəçilər tərəfindən sanksiyalar tətbiq ediləcək, İran da 20 faizlik uranın zənginləşdirilməsi prosesini bərpa edəcək. Salehinin açıqlaması da 2 il öncə verilmiş bəyanatın davamıdır”.

“Təbii ki, İrana sanksiyaların tətbiqi bölgəyə təsirsiz ötüşməyəcək. Sanksiyaların tətbiqinin Azərbaycan və Türkiyə də təsirləri olacaq. Bu təsirlər mənfi və müsbət ola bilər. Mənfi tərəfi odur ki, İrana sanksiya tətbiq edən qərb Azərbaycan və Türkiyəyə də təzyiq göstərərək İranla bəlli sahələr üzrə əməkdaşlığın dayandırılmasını tələb edə bilər. Müsbət təsiri o ola bilər ki, Azərbaycan və Türkiyə İrana görə məsuliyyət daşımadıqlarını göstərə bilərlər” – deyə o bildirib.

Xəbər lenti
0