Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar sürprizinə hazır olun

CC0 / Brett_Hondow / BanknotesДоллары США
Доллары США - Sputnik Azərbaycan
Abunə olmaq
Wells Fargo"ya görə, dollarda sürprizlərə hazır olmaq lazımdır

BAKI, 24 avqust — Sputnik. Cari ilin əvvəlində ABŞ-da pisləşən iqtisadi göstəricilər, siyasi qeyri-müəyyənlik və ABŞ xaricindəki müsbət irəliləyişlər bu il dolların dəyərdən düşməsinə səbəb olub

Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, ABŞ-ın məşhur kommersiya bankı "Wells Fargo"ya (Uels Fargo) görə, bu trend tərsinə dönəcək və dollarda sürprizlərə hazır olmaq lazımdır. ABŞ dolları indeksi bu ilin əvvəlindən bəri təxminən 9% dəyər itirsə də, bu situasiya dəyişəcək.

Banka görə, 2017-ci ilin sonunda daha güclü bir ABŞ dolları görəcəyik.

Bank buna bir sıra səbəbləri göstərir.

Qlobal faiz nisbətləri və iqtisadi artım/inflyasiya arasındakı fərqlər;

Avro bölgəsindəki siyasi risklər;

İnvestorların dollar almağa meylli olmaları.

"Wells Fargo" analitiklərinə görə, ilin əvvəlindən bəri ABŞ dollarına mənfi münasibət göstərən investorlar bu ilin ikinci yarısında dolların xeyrinə sürprizlər baş verməsi üçün əlverişli şərait də yaradırlar. Həmçinin investorlar gözlənilən səviyyədə dollar satmayıblar.

Qısası, bank dolların bahalaşacağını gözləyir.

Xəbər lenti
0