Dünya çempionunu öldürən azərbaycanlının işi böyüyür

© Photo : Instagram / anar4911Anar Allahverənov
Anar Allahverənov - Sputnik Azərbaycan
Abunə olmaq
Daha iki nəfər Andrey Draçevin ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb ediləcək

BAKI, 24 avqust — Sputnik. Rusiya Federasiyası Milli Qvardiyasının Federal Xidmət Qoşunlarının (Rosqvardiya) Mühafizə İdarəsinin əməkdaşları cinayət məsuliyyətinə cəlb ediliblər. Sputnik Azərbaycan-ın Rusiya İstintaq Komitəsinin saytına istinadən məlumatına görə, onlar pauerliftinq üzrə dünya çempionu Andrey Draçevlə azərbaycanlı idmançı Anar Allahverənov arasındakı davanı dayandırmamaqda ittiham olunurlar. Xatırladaq ki, Allahverənov həmin davada Draçevi yumruq və təpik zərbələri ilə döyüb və nəticədə dünya çempionu xəstəxanada ölüb.

Anar Allahverənov - Sputnik Azərbaycan
HADİSƏ
Dünya çempionunu öldürən azərbaycanlının "başına pul qoyuldu"

İstintaq orqanları bildirilər ki, ticarət mərkəzinin mühafizəçisi bina yaxınlığında aqressiv əhval-ruhiyyəli insanların toplaşdığını görərək, Mühafizə İdarəsinin növbətçi qrupunu çağırıb. İdarənin iki əməkdaşı hadisə yerinə gələrək, münaqişənin davaya çevrilməsinin şahidi olublar. İstintaq orqanının məlumatında deyilir: “Mühafizə İdarəsinin əməkdaşları hadisənin şahidi olsalar da, öz vəzifə borclarını yerinə yetirməyiblər, hüquqa zidd əməllərin qarşısını almayıblar, cinayətkarı həbs etməyiblər, situasiyanın araşdırılması üçün onu polis bölməsinə aparmayıblar və hadisə yerindən uzaqlaşıblar”.

Mühafizə İdarəsinin əməkdaşlarına qarşı Rusiya Cinayət Məcəlləsinin 293-cü maddəsinin 2-ci hissəsi ilə (“Ehtiyatsızlıqdan insan ölümünə səbəb olan səhlənkarlıq”) cinayət işi başlanılıb.

Xatırladaq ki, pauerliftinq üzrə 120 kiloqram dünya və Avropa çempionu Andrey Draçev avqustun 20-də Xabarovskdakı dava zamanı ölümcül zədə alıb. Müşahidə kameraları qeydə alıb ki, 25 yaşlı azərbaycanlı Anar Allahverənov təkbətək dava zamanı Draçevin başına əl və ayaqla bir neçə zərbə endirir. Dünya çempionu yıxılandan sonra Anar onun başına daha bir neçə yumruq vurur. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda Allahverənov istintaqdan yayınır. Onun barəsində federal axtarış elan edilib, tutulması müqabilində pul mükafatı təyin olunub.

Xəbər lenti
0