Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 23 avqust — Sputnik. Avqustun 21-i gecə saaatlarında Şəki rayonunun Baş Kəldək kənd sakini Səməd İsrail oğlu Əsgərov, bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yaraları ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, S. Əsgərov ilkin ifadəsində bildirib ki, yaşadığı kəndin inzibati ərazisinin yaxınlığındakı meşə zolağında odun hazırlayan zaman naməlum şəxs tərəfindən ona ov tüfəngindən atəş açılıb. Kənd sakini, heç kəslə hər hansı bir münaqişəsinin olmadığını dilə gətirib.
Hazırda S. Əsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata əsasən, hadisə ilə bağlı araşdırma aparılır.