BAKI, 23 avqust — Sputnik. Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mattis Türkiyəyə rəsmi səfərə gəlib. Sputnik Azərbaycan "CNN Türk"-ə istinadən xəbər verir ki, Mattis, prezident Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurettin Canikli və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşləri planlaşdırılıb.
Görüş zamanı PKK terror təşkilatının Suriyadakı qolu PYD-nin fəaliyyəti, ABŞ-ın bu qruplaşmaya verdiyi silah dəstəyi, İraqın şimalında kürd muxtariyyətinin keçirmək niyyətində olduğu referendum, Türkiyə ilə Rusiya arasındakı "S-400" raket müdafiə sistemi, Suriyanın gələcəyi və digər məsələlər müzakirə olunacaq.