İki ölkə müharibə astanasında

© REUTERS / KCNA/via REUTERSŞimali Koreya lideri Kim Çen In
Şimali Koreya lideri Kim Çen In - Sputnik Azərbaycan
Abunə olmaq
Şimali Koreyada iki yeni güclü silah nümayiş olunub

BAKI, 23 avqust — Sputnik. Sakit Okenanda ABŞ-a aid olan Guam adasını vuracağını elan edən Şimali Koreya lideri Kim Çen In, iki yeni silaha baxış keçirib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu silahların daha əvvəl heç vaxt göstərilmədiyi bildirilir.

Pxenyan şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Şimali Koreya ABŞ-ı vuracağı tarixi açıqladı

Şimali Koreya liderinin yeni silahları müşahidə etməsi zamanı çəkilən fotolar rəsmi xəbər agentliyi KCNA-da yayılıb. Balistik silah proqramının hazırlandığı həmin müəssisədə çəkilən kadrlarda "Pukquksonq-3" və "Hvasonq" və ya "Mars" adlı silahlar əks olunub. ABŞ-da yerləşən Nüvə Silahlarının Yayılmasının Qarşısnın Alınması Mərkəzinin mütəxəssisi Mişel Duitsman şəkillərdəki "Pukquksonq-3" adlı silahın əvvəllər nümayiş olunmadığını deyib.

Xatırladaq ki, Şimali Koreya və ABŞ aprel ayından bu yana bir-birini müharibə ilə təhdidi edir. Bir neçə dəfə nüvə müharibəsinin astanasına gələn tərəflər, sonuncu dəfə bu ay qarşılıqlı "əzələ nümayiş etdirmişdi". ABŞ prezidenti Donald Tramp Şimal Koreyaya qarşı müharibəyə hazır olduqlarını bildirmiş, Kim Çen In isə Guam adasını vuracaqları ilə hədələmişdi.

Hazırda hər iki ölkədə geniş hərbi hazırlıq gedir. Onu da qeyd edək ki, Şimali Koreya qitələrarası ilk balistik silah sınağını keçən ay həyata keçirib.

Xəbər lenti
0