BAKI, 23 avqust — Sputnik. Avqust ayının 22-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb. Fins.az xəbər verir ki, "Bloomberg" terminalında dollar 0,04% ucuzlaşaraq 1.6985 manat olub.
Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.6992 manat məzənnəsi ilə yekunlaşmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.