BAKI, 23 avqust — Sputnik. ABŞ-da fəaliyyət göstərən texnologiya nəhəngi "Apple" maraqlı iş elanı ilə gündəmə gəlib. Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, şirkət iş elanı verib və onu saytında gizlədib.
Məqsəd, elanı tapan mühəndisi işə götürməkdir. Şirkət rəhbərliyi hesab edir ki, bu elanı ancaq çox güclü mütəxəssis aşkar edə bilər.
Gizlədilən iş elanını amerikalı mühəndis Zak Uittaker (Zack Whittaker) saytda axtarış apararkən görüb və "Apple" onu işə götürməyi planlaşdırır. Ancaq hələlik, onun işə götürülməsi barədə məlumat yoxdur.
— Zack Whittaker (@zackwhittaker) 18 августа 2017 г.
Bəs "Apple" işə götürərkən hansı sualları verdiyini bilirsinizmi?
Onların verdiyi suallardan bir neçəsini nümunə olaraq yazırıq.
"Səni buraya nə gətirdi?", "Ən yaxşı dostunuz kimdir?", "Əgər 2 yumurtanız olsaydı və yumurtaları qırmadan ən yüksək mərtəbəyə çıxmaq istəsəniz, bunu necə edərdiniz? Bunun ən yaxşı həll yolu nədir?", "Hər gün dünyada neçə uşaq dünyaya gəlir?", "Səni işə götürsəydim, nə üzərində işləmək istərdin?" və s.