Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sonuncu neftçinin də cəsədi tapılıb

© Sputnik / Murad OrujovКорабли в Каспийском море, фото из архива
Корабли в Каспийском море, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumun meyiti ailəsinə təhvil verilib

BAKI, 22 avqust — Sputnik. "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xəzər dənizi - Sputnik Azərbaycan
HADİSƏ
Daha bir itkin neftçinin meyiti tapıldı

Axtarış–Xilasetmə qərargahından Sputnik Azərbaycan-a verilən məlumata görə, həyata keçirilən axtarış–xilasetmə əməliyyatları nəticəsində, avqustun 18-i saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilən kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində "əmtəə operatoru" vəzifəsində çalışmış 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil verilib.

Qeyd edək ki, meyiti aşkar edilən Əsədov Samir Atabala oğlu itkin düşən neftçilərin sonuncusu idi. Bununla da, itkin düşən neftçilərin hamısı Qərargahın həyata keçirdiyi Axtarış–Xilasetmə əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verildi və axtarış–xilasetmə əməliyyatlarına yekun vuruldu.

Xəbər lenti
0