BAKI, 22 avqust — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu sabah Rusiyaya səfər edəcək. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə bir araya gələcək.
Görüşdə Fələstin-İsrail məsələsi, terrorla birgə mübarizə, həmçinin də Suriya problemi müzakirə olunacaq.
Liderlərin iki ölkə arasındakı iqtisadi məsələləri də müzakirə edəcəyi bildirilir.