BAKI, 22 avgust — Sputnik. Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün vaxtı məlum olub. APA-nın əldə etdiyi məlumata görə, görüşün sentyabrın 7-də keçirilməsi gözlənilir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə görüşdə iştirak etmək üçün sentyabrın 6-da Bakıya gələcək.