BAKI, 22 avqust — Sputnik. İran hökuməti ölkədə “Twitter” sosial şəbəkəsinə qoyulan qadağanın ləğvinə hazırlaşır. Sputnik Azərbaycan bu barədə "Times of İsrael"-ə istinadən xəbər verir.
Məlumatı İranın informasiya texnologiyaları üzrə naziri Məhəmməd Cavad Azari verib. "Twitter” şirkəti rəhbərliyi anlaşılmazlıqları aradan qaldırmaq üçün hökumətimizlə danışıqlar aparmağa hazır olduğunu bildirib. Əslində “Twitter” İran cəmiyyəti üçün təhlükə təşkil etmir. “Youtube”-a qoyulan qadağa da ləğv oluna bilər" — nazir qeyd edib.
Qadağaya baxmayaraq, "Twitter” sosial şəbəkəsi İran siyasətçiləri arasında xeyli populyardır.