BAKI, 22 avqust — Sputnik. Azərbaycan Gürcüstanda meşə yanğınlarının söndürülməsinə əlavə qüvvə göndərib. Bu barədə Sputnik Azərbaycan-a Fövqaladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov məlumat verib.
O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 11 yanğınsöndürən maşın və digər texnika, həmçinin canlı qüvvə bu gün Gürcüstana yola salınıb: "Xatırladaq ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, avqustun 21-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir helikopteri yanğınsöndürmə əməliyyatlarında iştirak üçün Gürcüstana göndərilib. Helikopter bu gün səhər saatlarından yanğınsöndürmə əməliyyatlarına qoşulub".
Bayramov əlavə edib ki, yaxın saatlarda əlavə məlumat veriləcək.