Azərbaycan helikopteri əməliyyata qoşulub

© Photo : FHNFHN helikopteri
FHN helikopteri - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda yanğının söndürürülməsi istiqamətində işlər davam edir

BAKI, 22 avqust — Sputnik. Xəbər verildiyi kimi, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş verən meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. FHN-in mətbuat xidmətinin rəhbəri Oktay Bayramovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, nazirliyin helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatıına qoşulub.

"Fövqəladə Hallar Nazirlyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri avqustun 22-də saat 06:30 radələrindən Samtsxe-Cavaxetiya bölgəsində kəşfiyyat uçuşlarına başlayıb və 06:40 radələrindən yanğının söndürülməsi əməliyyatına qoşulub. Hazırda yanğının söndürürülməsi istiqamətində işlər davam edir" — Bayramov bildirib.

Xəbər lenti
0