BAKI, 22 avqust — Sputnik. Bakıda avtobus sürücüsünə silah çəkən şəxs tutulub. Sputnik Azərbaycan-ın APA-a istinadən məlumatına görə, Binəqədi rayon Polis İdarəsindən bildiriblər ki, 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib.
Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, O. Orucovun atası sabiq polis zabitidir.
Xatırladaq ki, avqustun 18-də saat 20 radələrində A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minən naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlib. Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib.
Faktla bağlı cinayət işi başlanılıb.