BAKI, 22 avqust — Sputnik. "ABŞ rəhbərliyi Əfqanıstan hökuməti ilə Taliban arasında ilkin şərtsiz danışıqları dəstəkləyəcək". Sputnik Azərbaycan "RT"-yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar dövlət katibi Reks Tillerson açıqlama verib.
"Biz Əfqanıstan hökuməti ilə Taliban arasında ilkin şərtsiz danışıqların tərəfdarıyıq. Taliblər anlamalıdır ki, savaş meydanında qalib gələ bilməyəcəklər. Əgər Taliban qanuni status əldə etmək istəyirsə, bunun yolu danışıqlardan keçir. Arzu edirik ki, beynəlxalq ictimaiyyət, xüsusilə Əfqanıstanla qonşu dövlətlər bizim səylərimizi dəstəkləsin və sülhün əldə olunmasında yardımçı olsunlar" — Tillerson qeyd edib.