ABŞ bu ölkəyə əlavə ordu yeridir

© Sputnik / Vladimir Pirogov / Mediabanka keçidНа авиабазе США сменилось командование
На авиабазе США сменилось командование - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp sərt qərar verdi: "Geri çəkilmək qəbuledilməzdir"

BAKI, 22 avqust — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp Əfqanıstana dair yeni strategiyasını açıqlayıb. O, bu ölkədə stabillik tam bərqərar olanadək ABŞ ordusunun geri çəkilməyəcəyini açıqlayıb.

Sputnik xəbər verir ki, Tramp həmçinin, əlavə 4 min əsgərin Əfqanıstana göndərilməsi barədə fərman imzalayıb. "Geri çəkilmək qəbuledilməzdir. Mübarizəmizə davam etməliyik. Əfqanlar stabil dövlətlərini özləri inşa edəcəklər. Biz bu prosesdə onlara yardımçı olacağıq. Ümid edirəm, onlar buna müvəffəq olacaqlar" — Ağ Ev rəhbəri qeyd edib.

ABŞ prezidentinin bəyanatına "Taliban" hərəkatının cavabı gecikməyib. Təşkilat Trampın qərarını qınayaraq, cihada davam edəcəklərini açıqlayıb: "Əfqanıstan amerikalı əsgərlərə məzar olacaq".

Xəbər lenti
0