BAKI, 21 avgust — Sputnik. Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb.
Rusiyanın Bakıdakı səfirliyinə məxsus “Hyundai” markalı, 004 D 010 dövlət qeydiyyat nişanlı maşın Nicat Bəhmanlının idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.