Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar sahiblərinə bəd xəbər

CC0 / piviso / dollarПункт обмена валюты. Архивное фото
Пункт обмена валюты. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Hər 100 dollara görə spred (alış və satış arasındakı fərq) 30 qəpikdir

BAKI, 21 avgust — Sputnik. Avqustun 21-də “qara bazar”da dolların satışı ucuzlaşıb. Sputnik Azərbaycan-ın Fins.az-a istinadən məlumatına görə, fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslər dolların alışının 1.6950 manat olaraq qaldığını, satışın isə 1.7000 manatdan 1.6980 manata endiyini bildiriblər. Başqa sözlə, hər 100 dollara görə spred (alış və satış arasındakı fərq) 30 qəpiyə düşüb. Qeyd edək ki, bu son iki ayda ən aşağı göstəricidir. Belə ki, iyun ayının 20-də spred 20 qəpiyə düşmüşdü.

Dollardan fərqli olaraq avronun isə “qara bazar”da alışı ucuzlaşıb. Avropa valyutasının alışı 1.9950 manatdan 1.9800 manata düşüb. Satışı isə 2.00 manat olaraq qalıb.

Rus rublunun isə “qara bazar”da həm alışı, həm də satışı aşağı düşüb. Belə ki, rublun alışı 2.82 qəpikdən 2.80 qəpiyə, satışı isə 2.84 qəpikdən 2.83 qəpiyə qədər ucuzlaşıb. Başqa sözlə, rubl manat qarşısında 0,3% dəyər itirib.

Bu arada, avqust ayının 21-də banklararası ticarətdə də dollar manat qarşısında yenidən ucuzlaşıb. "Bloomberg" terminalında dollar 0,16% ucuzlaşaraq 1.6973 manat olub. Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.7000 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xəbər lenti
0