BAKI, 21 avqust — Sputnik. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Bu barədə Sputnik Azərbaycan-a Fövqaladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Oktay Bayramov məlumat verib.
O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş verən meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxıb və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.