BAKI, 21 avgust — Sputnik. Azərbaycan Respublikası Prezidenti V.F.Hacıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sputnik Azərbaycan bu barədə prezidentin rəsmi saytına istinadən xəbər verir.
Sərəncamda deyilir:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vilyam Fəhralı oğlu Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, avqustun 10-da 60 yaşı tamam olan Vilyam Hacıyev İmişli rayon İcra Hakimiyyətinin başçısıdır.