BAKI, 21 avqust — Sputnik. Barselona və Kambrils şəhərlərindəki terror aktlarından sonra İspaniyada yaşayan müsəlmanlar ayağa qalxıblar. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, minlərlə müsəlman paytaxt Madrid küçələrində terrora etiraz aksiyası keçirib.
Etirazçılar "Bu hadisəni törədənlər bizi təmsil etmirlər, İslam dini terroru lənətləyir" şüarı səsləndiriblər. Müsəlmanlardan ibarət aksiya iştirakçıları toplaşdıqları meydana güllər düzərək, şam yandırıblar.