Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu gün axşam görünməmiş hadisə baş verəcək

© AP PhotoGünəş tutulması, arxiv şəkli
Günəş tutulması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Proses saat 19:47-də başlayacaq, 01:04-də başa çatacaq

BAKI, 21 avqust — Sputnik. Bu gün dünyada tam Günəş tutulması baş verəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq.

Tutulma müddəti 2 dəqiqə 40 saniyə (Bakı vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 01:04-də isə başa çatacaq) olacaq. Yer səthində ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.

İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına "Böyük Amerika tutulması" adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsilə izləniləcək.

Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.

Xəbər lenti
0