BAKI, 19 avqust — Sputnik. İnsanların bir çoxu özləri bilmədən onkoloji xəstəliklərin dasıyıcısı olaraq yasayırlar. Bahalı bir prosedur olduğu ucun heç də hər kəs xərçəngə dair yoxlamadan keçmir. Lakin alimlər sağlamlıq məsələsində qənaət etməyərək yoxlamadan keçməyi məsləhət görürlər. Bu arada isə orqanizminizə də diqqət edin, çünki xərçəngin olduğunu göstərən müəyyən əlamətlər mövcuddur.
Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər xərçəngin 5 əsas əlamətini ortaya çıxarıblar.
- Daimi zəiflik. Şiş özünün ifraz etdiyi məhsulları qana ötürür və bununla da zəiflik, başgicəllənməsi və ürək qalxmasına səbəb olur. Həmçinin ilk mərhələdə o müxtəlif orqanlarda keyiməyə səbəb olur.
- Yüksək hərarət. Bir çox hallarda xərçəngin erkən əlaməti olaraq bədənin hərarətinin yüksəlməsini göstərmək olar. İş ondadır ki, şiş immun sistemini yorur və o, bu yükə belə reaksiya verir.
- Sürətlə çəki itirmə. Bir çox mütəxəssislər məhz bunu xərçəngin ən birinci əlaməti sayırlar. Söhbət bir neçə ay ərzində sürətlə arıqlamaqdan gedir. Bu dövrdə şiş orqanizmi bioloji aktiv maddələr istehsal etməyə məcbur edir və nəticədə normal metabolik proseslər pozulur.
- Şişin orqanizmdəki normal mübadilə proseslərini pozması səbəbindən tüklərin və dərinin vəziyyətinin dəyişməsi. Məsələn, qaraciyər xərçəngi zamanı dəri saralır, böyrəküstü vəzin xərçəngi zamanı isə qaralır. Qalxanabənzər vəzin şişi isə tüklərin sürətlə tökülməsinə səbəb olur.
- Ağrılar. Xərçəngə tutulmuş insan müxtəlif ağrılar və orqanizmdə qeyri-normal hisslərlə qarşılaşır, lakin onlara fikir vermir. Onun səhvi də elə budur. Çoxları xatırlayırlar ki, xərçəng diaqnozu qoyulmamışdan bir neçə il və ya ay əvvəl bu və digər orqanda ağrılar və yaxud "yad cisim" hiss edirmişlər.