CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğuzda ağır yol qəzası: 3 nəfər ölüb, 4 nəfər yaralanıb

© Sputnik / Rahim MuradovYol qəzası, arxiv şəkli
Yol qəzası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ziyəddin və Şükür adlı iki yaralı xəstəxanaya daxil olduqdan bir qədər sonra aldıqları ağır bədən xəsarətlərindən ölüblər

BAKI, 20 avqust — Sputnik. Oğuzda baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb və Oğuz Mərkəzi Rayon Xəstəxanasının (MRX) morquna aparılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər isə Oğuz MRX-a aparılıblar.

Oğuz MRX-dan verilən məlumata görə, yaralılar — Bakı şəhər sakinləri olan Məhsuma Qəhrəmanova, onun 13 yaşlı övladı Murad Qəhrəmanov, Oğuz rayon sakinləri 1960-cı il təvəllüdlü Sədaqət Abdullayeva, onun övladı 1990-cı il təvəllüdlü Cəmil Abdullayev, Şəkinin Şin kəndindən 1963-cü il təvəllüdlü Şükür Ağamirzəyev və Şəkinin Aşağı Göynük kənd sakini Ziyəddin adlı şəxs ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki MRX-a göndəriliblər.

Şəki MRX-dan bildirilib ki, Ziyəddin və Şükür adlı iki yaralı xəstəxanaya daxil olduqdan bir qədər sonra aldıqları ağır bədən xəsarətlərindən ölüblər. Digər yaralıların müayinəsi davam etdirilir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Xəbər lenti
0