CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya çempionunu bir zərbə ilə öldürən azərbaycanlı imiş

© Photo : Instagram / anar4911Anar Allahverənov
Anar Allahverənov - Sputnik Azərbaycan
Abunə olmaq
1992-ci ildə Amurskda doğulan Anarın əsl adı və soyadı isə Allahverənov Anar Əliyar oğludur

BAKI, 20 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, bu gecə pauerliftinq (güc üçnövçülüyü) üzrə 120 kiloqram çəki dərəcəsində dünya və Avropa çempionu Andrey Draçev Xabarovskda qətlə yetirilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, onun ölümündə milliyətcə azərbaycanlı idmançı Anar Allahverənov şübhəli bilinir.

Artıq polis Anar barəsində axtarış elan edib. Maraqlıdır ki, o, Anar Alax Ziranov kimi axtarılır. 1992-ci ildə Amurskda doğulan Anarın əsl adı və soyadı isə Allahverənov Anar Əliyar oğludur. O, "odnoklassniki" və "vkontakte" sosial şəbəkələrində bu adla oturur. Anarın dostluğunda xeyli sayda azərbaycanlı var.

Anar Allahverənov uzun illərdir ki, qaydasız və əlbəyaxa döyüş növləri ilə məşğuldur. Onun Çingiz Fərzəliyev adlı tanışı, Anarın uzun illərdir idmanla məşğul olduğunu təsdiq edib: "Qarışıq döyüş növləri, MMA ilə məşğul olub. Biz, təxminəm 1.5 il bir yerdə məşq etmişik. Sonra mən zədələndim və ayrıldım. O, ordu əlbəyaxa döyüşü üzrə idman ustalığına namizəddir. Deyəsən, döyüş sambosu üzrə də dərəcəsi var. O, daima turnirlərdə çıxış edirdi".

Çingiz bildirib ki, Anar onunla bir yerdə oxuyur: "Dəmiryolu institutunda oxuyuruq. Qeyri-rəsmi olaraq hansısa tikintidə briqadir işləyirdi. O, gəncdir, dəliqanlıdır. Qanı coşub. Amma məşq edənlərin hamısının qanı coşur".

Qeyd edək ki, Rusiya mətbuatına danışan bəzi "şahidlər" dünya çempionunu "bir qrup qafqazlının" döyüb öldürdüyünü iddia edirdilər. Müşahidə kameraları isə Andrey Draçevin Anar Allahverənovla təkətək döyüşdə döyüldüyünü sübut edir. Digərləri isə nəinki dünya çempionunu döymür, hətta Anarı ondan aralamağa çalışırlar.

Xəbər lenti
0