Polis əməliyyat keçirdi: 5 terrorçu zərərsizləşdirildi

© REUTERS / Vincent Westİspan polisi Barselonada, 18 avqust 2017-ci il
İspan polisi Barselonada, 18 avqust 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Öldürülənlərin hamısının İŞİD tərəfdarı olduğu güman edilir

BAKI, 19 avqust — Sputnik. İspaniya polisi Barselona şəhərində törədilmiş terror aktı ilə əlaqədar şəhərin fərqli istiqamətlərində əməliyyat keçirib. Terrorda əli olduğu ehtimal edilən 5 şübhəli şəxs öldürülüb. Onların hamısının İŞİD tərəfdarı olduqları güman edilir.

Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, polis, öldürülən şəxslərin yeni terror hücumu hazırladıqlarını bildirib.

Xatırladaq ki, iki gün əvvəl Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində terrorçu, idarə etdiyi yük maşınını bilərəkdən kütlənin üzərinə sürmüşdü. Hadisədə 13 nəfər ölmüş, 119 nəfər yaralanmışdı. Yaralılardan 16-nın vəziyyətinin ağır olduğu bildirilir.

Bundan əlavə, Kambrlis şəhərində bir qrup terrorçu maşını insanların üzərinə sürüb. Həmin hadisə nəticəsində 1 nəfər ölüb.

Eyni gündə Barselonada 2 partlayış olub. Polis bütün aksiyaların İŞİD qruplaşmasının işi olduğuna əmindir.

 

Xəbər lenti
0