BAKI, 19 avqust — Sputnik. Türkiyəli məşhur müğənni Teoman, dünən gecə qəribə hərəkətləri ilə medianın dilinə düşüb. O, gecə klubunda birlikdə əyləndiyi qızı yarıyolda qoyaraq, taksi ilə evinə qaçıb.
Onun nə üçün bu cür hərəkət elədiyi sonra aydın olub. Teoman klubda tanışdığı qızla məkanı tərk edən zaman kameraların onları çəkdiyini görüb. Təşvişə düşən müğənni qızdan uzaqlaşaraq taksiyə minib, sonra da qaçıb.
Gənc qız vəziyyətdən şoka düşüb. O, nə edəcəyini bilmədiyi üçün üzünü gizlətməyə çalışıb. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən həmin görüntüləri təqdim edir.