Bəşəriyyəti məhv edəcək təhlükə: Ondan qurtulmaq olarmı

© pixabay / patricajjoslinTənha qız, arxiv şəkli
Tənha qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlərin qənaətinə görə, bu risk piylənmədən ölüm riskindən böyükdür

BAKI, 19 avqust — Sputnik. ABŞ-ın Briqam Yanq universitetinin alimləri bəşəriyyətin ən qorxulu düşməninin adını açıqlayıblar. Onların fikrincə, tənhalıq və cəmiyyətdən təcrid olunma bəşəriyyət üçün ölümcül təhlükəlidir.

Alimlər tənhalıqla dərhal mübarizə aparmağı təklif edirlər. Mütəxəssislər cəmiyyətdən təceid olunmanın erkən ölümə gətirdiyinə əmindirlər. Alimlərin qənaətinə görə, bu risk piylənmədən ölüm riskindən böyükdür.

Psixologiya professoru Culianna Holt-Lunstadın fikrincə, insanlar arasındakı əlaqə insanın rifahı və sağ qalması üçün həlledici amildir. O 300 mindən artıq insanı tədqiq edib və əmindir ki, ciddi sosial əlaqə erkən ölüm riskini 50% azaldır. 

Tədqiqatın nəticələrinə əsasən, daimi tənhalıq eqosentrizm və sağlamlığın pozulması ilə nəticələnir.

AARP's Loneliness Study təşkilatının məlumatına görə, ABŞ-da 42,6 milyon insan xroniki tənhalıqdan əziyyət çəkir.

Xəbər lenti
0