BAKI, 19 avqust — Sputnik. "Yeni Gürcüstan" ictimai-siyasi birliyi paytaxt Tbilisidə yerləşən "Moskva" prospektinin adının dəyişdirilməsi təşəbbüsünü irəli sürüb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, təşkilat prospektin adının "Gürcüstan" adlandırılmasını təklif edir. İnternetdə artıq bununla bağlı petisiya yerləşdrilib və sənədi 500 nəfər imzalayıb. "Yeni Gürcüstan" birliyinin fəalları "Moskva" prospektinin yerləşdiyi rayonun sakinləri arasında da imzatoplama kampaniyasına başlayıb.
Təşkilatın nümayəndəsi Giorgi Vaşadzenin sözlərinə görə, Gürcüstanda "Moskva" adlı prospekt olmamalıdır.
Qeyd edək ki, bu yaxınlarda yaradılmış "Yeni Gürcüstan" birliyində 15 siyasi partiya, QHT və həmçinin ictimai fəal şəxs təmsil olunur.